Sumqayıtda iki yaşlı uşaq dərmandan zəhərlənib.
APA-nın məlumatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2014-cü il təvəllüdlü Cəfərli Rasimə Elnur qızı dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.