İraqlı müşahidəçi: Seçkilər beynəlxalq standartlara uyğun idi

İraqlı müşahidəçi: Seçkilər beynəlxalq standartlara uyğun idi
# 08 fevral 2024 13:40 (UTC +04:00)

"Azərbaycanda növbədənkənar prezident seçkiləri şəffaflıqla keçirilib. Biz bunu müşahidələrimiz zamanı gördük”.

APA xəbər verir ki, bunu İraq parlament nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O, çox ciddi müşahidələr apardıqlarını bildirib: “Azərbaycan xalqı seçkilərdə aktiv iştirak edirdi. Seçkilər beynəlxalq standartlara uyğun idi. Azərbaycanın keçirdiyi seçkilər inkişaf etmiş ölkələrdə keçirilmiş seçkilərdən heç də fərqlənmirdi. Biz 7 məntəqədə olduq. Seçicilərlə, məntəqə işçiləri ilə söhbətlər apardıq. Azərbaycan xalqı üçün çiçəklənmə arzulayırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR