İtaliyalı deputatlar: Azərbaycanda beynəlxalq standartlara uyğun seçkinin şahidi olduq

İtaliyalı deputatlar: Azərbaycanda beynəlxalq standartlara uyğun seçkinin şahidi olduq
# 07 fevral 2024 20:34 (UTC +04:00)

Biz şəffaf seçkinin, beynəlxalq standartlara uyğun seçkinin, seçicilərin axınının şahidi olduq.

APA xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən İtaliya parlamentinin üzvü Andreo di Cuzeppe mediaya açıqlamasında deyib.

O bildirib ki, 15 seçki məntəqəsində müşahidə aparıb:Biz şəffaf seçkinin, beynəlxalq standartlara uyğun seçkinin, seçicilərin axınının şahidi olduq. Gənclər seçkidə böyük həvəslə iştirak edirdi, bu, demokratiyanın nişanəsidir".

Digər parlamentari Naike Qruppioni deyib ki, o, fəal şəkildə müşahidə prosesində iştirak edib:

“Seçki prosesinin yüksək səviyyədə təşkili ilə bağlı sizləri təbrik edirəm. Biz seçicilərin böyük həvəslə seçkidə iştirakının şahidi olduq. Gün gərgin olsa da, məni heyrətləndirən və müsbət təəssürat yaradan insanların böyük həvəslə iştirakını görmək oldu. Günün birinci yarısında çox sayda vətəndaş səsverməyə gəlmişdi. Bu, əhalinin ölkənin gələcəyinə töhfə vermək istədiyinin nümunəsidir. Çoxdan idi ki, mən belə pozitiv bir situasiya ilə rastlaşmamışdım. Bu onun göstəricisidir ki, hazırkı hökumət və bundan əvvəlki hökumətlər əhali ilə öz arasında etimad yaratmağı bacarıb. Mən burada müşahidə etdiyim seçici axınını bir çox ölkələrə arzu etmək istərdim. Öz ölkəmi nümunə göstərmək istərdim, çoxdandır ki, hökumətlə əhalimiz arasında belə bir etimada nail olmamışıq. Mən burdakı təcrübəni ölkəmdə də tətbiq edəcəyəm”.

Digər parlamentari Salvador Kaiata da həmkarlarının fikirlərinə şərik olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR