Özbəkistan Senatının komitə sədri: Seçki prosesi açıq və şəffaf formada baş tutub

Özbəkistan Senatının komitə sədri: Seçki prosesi açıq və şəffaf formada baş tutub
# 08 fevral 2024 13:34 (UTC +04:00)

“Bizim üçün seçki prosesini izləməyə bütün lazımi şərait yaradılmışdı”.

APA xəbər verir ki, bunu Özbəkistan Respublikası Senatının komitə sədri Odiljon İminov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Seçki günü xarici dövlət nümayəndələri ilə birlikdə Qarabağ bölgəsində yerləşən Şuşa və Xankəndidəki məntəqələrdə olduq. Məntəqələrdə seçki prosesini müşahidə edərkən hər şeyin qaydasında olduğunu gördük. Xüsusilə qeyd edim ki, ilk dəfə səsverən gənclər çox fəallıq göstərirdilər. Çünki onlar həm də öz gələcəklərinə səs verirdilər. Seçki prosesi açıq və şəffaf formada baş tutub", - o əlavə edib.

Müşahidəçi seçkilərin Azərbaycan Respublikasının qanunlarına əsaslandığını, seçki məcəlləsinə dair hər hansısa bir pozuntunun olmadığını deyib.

Odiljon İminov yekunda Azərbaycan Prezidentini və xalqını qələbə münasibətilə təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR