Pakistanlı müşahidəçi: Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir

Pakistanlı müşahidəçi: Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir
# 07 fevral 2024 10:09 (UTC +04:00)

Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir.

Bunu APA-ya açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Pakistan parlamentindən olan müşahidəçisi Joveria Salma deyib.

O, seçicilərin həvəslə seçki məntəqələrinə gələrək səsvermədə iştirak etdiklərini vurğulayıb.

“Biz Pakistan parlamentindənik və seçkiləri müşahidə etmək məqsədilə səhər saat 9-dan buradayıq. İnsanların kütləvi şəkildə səsvermədə iştirak etdiyini görürük, onlar çox həvəslə bura gələrək səsvermə hüquqlarından istifadə edirlər və bu, çox yaxşı haldır. Ümumilikdə müşahidə və təəssüratlarımız müsbətdir. Biz səsvermə prosesinin çox yaxşı təşkil edildiyini görürük. Mən prosedurlarla bağlı bir çox şəxslə danışmışam”, - deyə müşahidəçi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR