“Bura gəldiyimiz ilk seçki məntəqəsidir. Azərbaycan vətəndaşları öz gələcəkləri üçün prezidentlərini seçmək məqsədilə burdadırlar”.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
“Bu seçkilərin ayrı özəlliyi var. Çünki Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ilk dəfə prezident seçkilər keçirir”, - o əlavə edib.