ŞƏT-in Baş katibi: Bu seçkilər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir

ŞƏT-in Baş katibi: Bu seçkilər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir
# 08 fevral 2024 15:36 (UTC +04:00)

"Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib".

APA xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Şəxsən mənim üçün Azərbaycanda keçirilən tarixi seçkidə iştirak etmək böyük şərəf idi. Bizim missiyanın tərkibində ŞƏT-ə üzv dövlətlərin, qanunverici, icraedici orqanlarının nümayəndələri təmsil olunub", - o əlavə edib.

Baş katib Azərbaycan tərəfindən beynəlxalq müşahidəçilərin dəvət edilməsini seçkilərin şəffaflığının və demokratikliyinin göstəricisi adlandırıb:

"Bu seçkilər ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR