Zabuxda yerli müşahidəçi: Seçki prosesi tam şəffaf şəkildə davam edir

Zabuxda yerli müşahidəçi: Seçki prosesi tam şəffaf şəkildə davam edir
# 07 fevral 2024 14:56 (UTC +04:00)

“Zabux sakinləri səsverməyə gələrək prezident seçkilərində aktiv şəkildə səsvermədə iştirak edirlər. İnsanlarımız azad olunmuş torpaqlarda ilk dəfə səs verirlər və bu, çox qürurverici hissdir. Biz də Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq bu prosesin bir parçası olduğumuz üçün fəxr hissi duyuruq”.

Bunu Zabuxda APA-nın əməkdaşına müsahibəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının əməkdaşı Elnur Ağazadə deyib.

O, 121 saylı Laçın seçki dairəsinin Zabuxdakı 108 saylı seçki məntəqəsində seçki prosesində müşahidəçi qismində iştirak etdiklərini bildirib: “Bu saata qədər seçki prosesində hər hansı bir neqativ hal yaşanmayıb. Seçki prosesi tam şəffaf şəkildə davam edir. Seçici aktivliyi müşahidə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR