“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda Emin Əmrullayevin videomüraciəti yayımlanıb

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda Emin Əmrullayevin videomüraciəti yayımlanıb
# 18 iyun 2024 10:54 (UTC +04:00)

UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər.

İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR