Dövlət Agentliyi azad edilmiş ərazilərdə peşə təhsili üzrə çalışmaq üçün müraciət edib- VİDEO

Dövlət Agentliyi azad edilmiş ərazilərdə peşə təhsili üzrə çalışmaq üçün müraciət edib- VİDEO
# 24 may 2025 10:04 (UTC +04:00)

Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi sosial şəbəkədə Qarabağın dirçəlişində iştirak edən, peşə təhsili üzrə azad edilən ərazilərdə çalışan şəxslərlə bağlı paylaşım edib.

Bu barədə APA-ya nazirlikdən bildirilib. Paylaşımda deyilir ki, peşə təhsili alaraq azad edilən ərazilərdə çalışan şəxslərdən biri də Bərdə rayon sakini olan Toğrul Dadaşzadədir. O, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra, Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir:

“Bu, sadəcə, bir gəncin uğur hekayəsi deyil, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır. Sən də yolunu peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR