Oktyabrın 6-da Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, imtahanda 22 namizəd iştirak edib.
Namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.
Namizədlərin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra elan olunub.
Məlumat üçün bildirək ki, test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi şagird sayı 151- 500-dək olan ümumtəhsil məktəbləri üzrə 17 direktor vəzifəsi çıxarılıb.