Biz gələcək üçün gənclərimizi hazırlamalıyıq. Bunun üçün müəllimlərin fəaliyyəti önəmlidir. Müəllimlər ana dilini yaxşı bilməlidirlər.
APA xəbər verir ki, “Mirasa Sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” forumunda çıxışı zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan dilində tədris aparılan 300-ə yaxın məktəb fəaliyyət göstərirdi.