"32 ildən sonra öz torpaqlarına qayıdan Şuşa sakinləri bu gün övladlarının əlindən tutub məktəbə gətirib. Hamı buna görə fəxr edir və qürur duyur. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik”.
Bunu APA-ya açıqlamasında Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova bildirib.
Məktəb direktoru deyib ki, bu gün Şuşada 100-dən çox şagird tədrisə başlayıb: “Oktyabr ayında isə məktəbəhazırlıq qruplarımız fəaliyyətə başlayacaq. Köç prosesi davam etdikcə şagird sayı da artacaq".