Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq
# 25 iyun 2025 11:29 (UTC +04:00)

“Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”.

APA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub.

"300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib.

Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR