Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib - VİDEO

Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib  - VİDEO
  • Clock-gray 10:19
  • calendar-gray 12 March 2019

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

ONAMüdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçirib.

Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.

Other news