Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Brüsseldə Suriya mövzusunu müzakirə ediblər

Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Brüsseldə Suriya mövzusunu müzakirə ediblər
# 12 fevral 2020 21:51 (UTC +04:00)

Türkiyənin Müdafiə naziri Hulusi Akar Brüsseldə ABŞ-ın Müdafiə naziri Mark Esperlə görüşüb. Görüşdə həmkarlar Suriya və İraqın təhlükəsizlik məsələsini müzakirə ediblər.

APA-nın Türkiyə bürosunun NTV televiziyasına istinadla verdiyi xəbərə görə, nazirlər NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldəki toplantısından sonra görüşüblər və İdlib mövzusu üzərində xüsusi olaraq dayanıblar. Mark Esper həm ABŞ-ın, həm də NATO-nun İdliblə bağlı faktlara istinadla Türkiyəyə dəstək vermək istədiyini bildirib.

Səfər çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə, eləcə də NATO-nun yüksək səviyyəli nümayəndələri ilə görüşən Hulusi Akar Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə bağlı Almaniya, Gürcüstan, Rumıniya, Polşa, Norveç Müdafiə nazirlərinin birgə iştirak etdiyi toplantıya da qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR