Azərbaycandakı bankların xalis mənfəəti son bir ildə kəskin artıb

Azərbaycandakı bankların xalis mənfəəti son bir ildə kəskin artıb
# 30 iyul 2019 17:36 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 433,4 mln. manat xalis mənfəət əldə ediblər.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12 dəfə artıb. Belə ki, ötən ilin ilk yarısında ölkədəki bankların xalis mənfəəti cəmi 36 mln. manat təşkil edib.

Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,1% (118,8 mln. manat), kreditlər üzrə faiz gəlirləri isə 18,4% (107,8 mln. manat) artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR