Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 23 may 2020 13:30 (UTC +04:00)

Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR