Paşinyanın Rəsulzadə ilə bağlı savadsızlığı və faşizm sevgisi - TƏHLİL

Paşinyanın Rəsulzadə ilə bağlı savadsızlığı və faşizm sevgisi - TƏHLİL
# 17 may 2020 19:01 (UTC +04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdə naşı olduğunu dəfələrlə büruzə verib. Bu dəfə qiyam nəticəsində küçədən hakimiyyətə gələn Paşinyan tarixi biliklərinin də olmadığını nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində əsassız ifadələr işlədən N. Paşinyan əslində öz savadsızlığını nümayiş etdirib. N. Paşinyan M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsi elementar savadsızlıqdı. İkinci Dünya müharibəsi ilə bağlı tarixi öyrənən hər bir kəsə aydındır ki, M.Ə. Rəsulzadə faşist Almaniyası ilə heç bir vaxt əməkdaşlıq etməyib. İkinci Dünya müharibəsi və M.Ə. Rəsulzadənin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycan legionunun nümayəndələri ona Hitlerlə əməkdaşlıq təklif etsələr də, o, bundan imtina edib: “Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm”. Almaniyanın qalib gələcəyi təqdirdə belə Azərbaycana müstəqillik verməyəcəyini anlayan Rəsulzadə hətta Almaniyanı tərk edib. O anlayırdı ki, faşistlərlə əməkdaşlıqdan imtina etdiyi üçün onu və tərəfdarlarını problemlər gözləyir.

M.Ə. Rəsulzadənin hitlerçilərlə əməkdaşlıqdan imtina etməsi barədə özü də dəfələrlə yazıb. Bu barədə ən müxtəlif mənbələrdə məlumat verilir. Göründüyü kimi, N. Paşinyan bütün faktları təhrif edir. Belə ki, Rəsulzadənin Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər azərbaycanlı əsiri xilas etmək idi. İkinci Dünya müharibəsində alman ordularında türk legionları olub. Bunlardan bir neçəsi də Azərbaycanın azadlığı uğurunda mübarizə apardıqlarına inanan azərbaycanlı legionerlər də olublar. Lakin M.Ə. Rəsulzadənin onlarla heç bir bağlılığı olmayıb. Məhəmməd Əmin Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb və Paşinyan bu barədə söylədiklərini sadəcə uydurub.

Çünki Almaniyada legion qarşısında çıxış edən Rəsulzadə çıxışında bu sözləri deyir :"Azərbaycanın müstəqil olmasına qarşı olanlar üçün döyüşün amma başqa heç kimi öldürməyin”.

1954-cü ildə Münhendə çap edilən Azərbaycan qəzetində qeyd edilir ki, almanlarla razılığa gəlməyən türk kökənlilər və əsirlər amansızlıqla edam edilir. Berlində parçalanan Azərbaycan diasporunun əsas hissəsi Rəsulzadənin ətrafında yer almışdı və onlar müstəqil Azərbaycan üçün savaşlarını davam etdirirlər və Hitlerlə əməkdaşlıq barədə düşünməyiblər.

Əslində, Rəsulzadə barədə deyilənlərin bir böhtan olduğunu Paşinyan özü də dərk edir. Paşinyan özü faşizmə heyran olan siyasətçidir. Paşinyanın pərəstiş etdiyi faşist cəlladı Qaregin Njdeyə İrəvanda qoyulan heykəl bunu sübuta yetirir. Njde Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağda Azərbaycan türklərinə qarşı qətliamlar törətmiş, sonradan ABŞ-a qaçaraq 1933-cü ildə faşizm dalğasının artdığı bir vaxtda ilk faşist təşkilatlarından birini qurub. 1937-ci ildə faşist Almaniyası ilə əlaqə quran Njde, Rozenberqlə görüşərək Almaniyanı Türkiyə üzərinə hücuma keçməsinə çağırır. 1942-ci ildə digər erməni Drastamat Kanayanla birlikdə Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir. Almanlarla birgə Krımın işğalı və Qafqazdakı döyüşlərdə iştirak edir. Müharibə bitdikdən sonra isə Sovet əks-kəşfiyyatı bu cəlladı həbs edərək, SSRİ-yə gətirir. Məhkəmə hökmü ilə Qaregin Njde 25 il həbs cəzasına məhkum edilir. 1955-ci ildə Vladimir şəhərindəki həbsxanada öldürülür. Lakin ermənilər bu faşist cəlladına İrəvanda böyük abidə ucaldıb və bununla da faşizmə heyranlıqlarını bildiriblər.

APA Analitcs

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR