ABŞ idmançısı okeanda itib

ABŞ idmançısı okeanda itib
# 19 may 2020 13:24 (UTC +04:00)

ABŞ idmançısı Şed Qaspard itkin düşüb.

Apasport.az saytının məlumatına görə, hadisə Los-Anceles çimərliklərindən birində baş verib.

Tanınmış restler həyat yoldaşı və 10 yaşlı oğlu ilə birlikdə okeanda çimməyə yollanıb. 39 yaşlı idmançı və oğlu, həmçinin bir qrup digər şəxslərinin suda olduğu vaxtda onları okeanın dərinliklərinə çəkən axın başlayıb.

Xilasedicilər Qaspardı tapsa da, idmançı öncə oğlunu xilas etmələrini istəyib. Övladı sahilə çatdırıldıqdan sonra isə restlerin özü dalğaların altında qalıb və onu görən olmayıb. Onun axtarışları davam etsə də, Los-Anceles Yangınsöndürmə Xidməti idmançının artıq batdığını istisna etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR