“Bakıda “Baku Steel Company” şirkətində 86 nəfərdə, şirkətin Sumqayıt filialında isə 12 nəfərdə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkar olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, şirkətdə epidemik vəziyyəti stabilləşdirmək mümkün olub.
“İş yerlərində epidemik tələblərə riayət etmək lazımdır”, - deyə R. Bayramlı vurğulayıb.