Yevlaxda 33 yaşlı qadını, Şəkidə isə 53 yaşlı kişini ilan sancıb

Yevlaxda 33 yaşlı qadını, Şəkidə isə 53 yaşlı kişini ilan sancıb
# 25 iyul 2019 04:37 (UTC +04:00)


Ötən gecə Azərbaycanın iki rayonunda ilansancması faktı qeydə alınıb.


APA-nın şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Şəki
şəhəri, Haqverdiyev küçəsi ev 50 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Vüqar
Fikrət oğlu Mustafayev ilansancması xəsarti ilə Şəki Rayon Mərkəzi
Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, V.Mustafayevin sağ aşağı ətrafın topuq nahiyəsindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V.Mustafyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

****

APA-nın Mingəçevir bürosunun məlumatına görə, axşam saatlarında
Yevlax rayonunun Əkşəm kəndində fərdi təsərrüfatında çalışdığı zaman 1986-cı il təvəllüdlü İbrahimova Rəna Azər qızının sağ əlindən ilan sancıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib.


Vuqar Heydərov,
Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR