Ermənistan və Rusiya arasında hava nəqliyyatı dayandırılıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
"COVID-19" pandemiyasının yayılmasının qarşısını almaq üçün iki ölkənin hökumət başçısı ölkələr arasında hava nəqliyyatının 14 gün dayandırılması barədə razılığa gəliblər.