“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytına klubdan verilən məlumata görə, Bakı təmsilçisi müdafiəçisi Anton Krivotsyukla müqavilənin müddətini artırıb.
21 yaşlı sol cinah oyunçusu ilə yeni 1 illik anlaşma imzalanıb. Buna qədər sözləşmə müddəti gələn ilə qədər olan milli komandamızın üzvü artıq 2022-ci ilin yayına qədər “ağ-qaralar”a məxsusdur.
Qeyd edək ki, Anton Krivotsyuk cari mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb.