Honkonqda onlarla nümayişçi metronun hərəkətini iflic vəziyyətə salıb

Honkonqda onlarla nümayişçi metronun hərəkətini iflic vəziyyətə salıb
# 24 iyul 2019 07:25 (UTC +04:00)

Honkonqda onlarla müxalifyönümlü nümayişçilər metronun iş qrafikini pozub, qatarların hərəkətində gecikmələrə səbəb olublar.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.

İnsident səhərin pik saatlarında mərkəzi “Admiralty” stansiyasında baş verib. Radikal fəallar qatarın qapılarını bloklayıb, vaqonlarda “həyəcan düyməsi”ni işə salıblar. Bu isə bütün xətt boyu metronun işini əngəlləyib.

Bildirilir ki, bu aksiya bazaar günü metronun “Yuen Long” stansiyasında bir qrup hökumətyönümlü fəalın dəyənəklərlə nümayişçilərə hücumu ilə əlaqədardır və onlar bu yolla həmin hadisəyə etirazlarını bildiriblər. Həmin hadisə zamanı 45 nəfər xəsarət almış, 11 nəfər polis tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR