Hacıqabulda avtomobil aşıb, 3 bacı xəsarət alıb - YENİLƏNİB - FOTO

Hacıqabulda avtomobil aşıb, 3 bacı xəsarət alıb - YENİLƏNİB - FOTO
# 11 mart 2020 12:15 (UTC +04:00)

Hacıqabulda baş verən yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat bu gün saat 9.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı avtomobilin təkərinin partlaması nəticəsində maşın yoldan çıxaraq aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub.

Qəza nəticəsində Bakı sakinləri olan 3 bacı - 1963-cü il təvəllüdlü Orucova Gülcahan Əhəd qızı, 1955-ci il təvəllüdlü Ağayeva Şirin Əhəd qızı və 1961-ci il təvəllüdlü Vahidova Həqiqət Əhəd qızı və piyada, Şirvan sakini, Bahadur Sərvər oğlu Sərvərov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

***

saat 09:13

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat  9.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxıb və bir neçə dəfə aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub. Nəticədə avtomobildə olan 3 nəfər və piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR