Bakıda iki avtomobil toqquşub, sürücü sükan arxasından zorla çıxarılıb - FOTO

Bakıda iki avtomobil toqquşub, sürücü sükan arxasından zorla çıxarılıb - FOTO
# 15 mart 2020 19:45 (UTC +04:00)

Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yəni Bakı Beynəlxalq Avtovağzalının qarşısında baş verib.

“Mercedes” markalı minik avtomobilinin sürücüsü piyada zolağında keçən adamı gördüyündən qəfil əyləcdən istifadə edib. Bu zaman sürətlə hərəkətdə olan “Lada Priora” markalı avtomobil ona çırpılıb. 

Zərbənin gücündən “Lada”-nın sürücüsü sükan arxasında sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Yaralı sürücü avtomobildən çıxarılıb.

Nurlan Əli

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR