Göygöldə 13 yaşlı oğlan göldə boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Hüseynov Ömər Tural oğlu ehtiyatsızlıqdan gölə düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.