Qobustanda 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayrılıb

Qobustanda 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayrılıb
# 07 may 2019 15:45 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR