Dövlət Turizm Agentliyi: Mart-aprel aylarında qlobal böhranın təsiri turizmdə hiss ediləcək

Dövlət Turizm Agentliyi: Mart-aprel aylarında qlobal böhranın təsiri turizmdə hiss ediləcək
# 11 mart 2020 12:37 (UTC +04:00)

"Yanvar və fevral aylarında Azərbaycana gələnlərin sayı artıb. Fevral ayının sonunda ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 17 faizə yaxın artım müşahidə olunur. Bu dövr koronavirusun başlanğıc dövrü olduğu üçün krizis rəqəmlərdə özünü göstərməyib".

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin dövrdə qonşu ölkələrdən - Rusiya, İran, Gürcüstandan Azərbaycana gələn insanların sayı artıb. Ancaq mart-aprel aylarında qlobal böhranın təsiri turizmdə hiss ediləcək.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə qeyd edib ki, koronavirus təhlükəsinə görə dünya turizmində 30-40 faizə qədər azalma müşahidə olunur: "Ancaq məlumatlar gündəlik olaraq dəyişir. Qeyd edim ki, hazırda panika üçün səbəb yoxdur".

K.Qasımov deyib ki, Azərbaycan prosesin idarəedilməsini kifayət qədər yüksək aparır: "Hesab edirəm ki, Azərbaycan bu böhranı keçə biləcək. Bizim daxili turizm üzrə layihələrimizdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR