“İlkin mərhələdə müraciət etmişdik ki, xaricdəki vətəndaşlarımız səfirlik və konsulluqlara müraciət etsinlər, üzləşdikləri çətinlikləri çatdırsınlar”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
L. Abdullayeva qeyd edib ki, kirayələrin ödənilməsi, tibbi ləvazimatlarla bağlı müraciət edən vətəndaşların ehtiyacları qarşılanıb.