Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbulu qaydaları açıqlanıb

Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbulu qaydaları açıqlanıb
# 11 mart 2020 18:06 (UTC +04:00)

Təhsil Nazirliyi sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbulu qaydaları açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə birlikdə 01.05.2020-ci il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün isə məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR