"Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək.
APA-nın məlumatına görə, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydasını və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin Milli Məclisin deputatlarına şamil olunmamasını nəzərdə tutur.