DSK sədri: "Əhalinin siyahıyaalınması ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb"

DSK sədri: "Əhalinin siyahıyaalınması ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb"
# 02 iyul 2019 16:43 (UTC +04:00)

Azərbaycanda əhalinin siyahıyaalınma ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, bütün metodoloji baza hazırlanıb: "Keçən il Qəbələdə əhalinin sınaq siyahıya alınması keçirildi və istər metodoloji materiallar, istər yaradılan informasiya sistemi, o cümlədən məlumatların daxil ediləcək kompüter bazası sınaqdan keçirildi. Hazırda biz materialların yerlərə çatdırılması prosesinə başlayırıq, sorğu siyahıyaalma vərəqələri və s. Eyni zamanda avqustun sonu – sentyabrın əvvəlində siyahıyaalmaya cəlb olunacaq işçilərin təlimatlandırılmasına başlanılacaq", - deyə T. Budaqov qeyd edib.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması bu ilin oktyabrın 1-10-da keçiriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR