İranın Xuzestan əyalətinin Mahşəhr şəhərində təkfirçi qrupların 14 üzvi saxlanılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, həbs olunan şəxslər Bəsic və polis qərargahlarına odlu silahlarla hücum etməkdə ittiham olunur.
Saxlanılan şəxslərdən 5 motosiklet və 12 mobil telefon müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb. 9 nəfər haqqında həbs qərarı çıxarılıb. Digərlərinin işi ilə bağlı təhqiqat davam etdirilir.