Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə danışıqlar uğurla davam edir"

Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə danışıqlar uğurla davam edir"
# 09 iyul 2019 18:08 (UTC +04:00)

"Bu, cənab Prezidentin ölkəmizə ilk səfəri deyil, Avropa İttifaqı Şurasının Prezidenti qismində ikinci səfəridir. Mən dəfələrlə Brüsseldə səfərdə olmuşam. Beləliklə, bu, bizim çox fəal siyasi dialoq apardığımızı göstərir. Cənab Prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var".

APA-nın məlumatına görə, bunu iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər zamanı ikitərəfli əməkdaşlığa dair geniş spektrli məsələlər, regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə olunub: "Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR