Yavər Camalovun oğlunun deputatlığa namizədliyi ləğv edilib

Yavər Camalovun oğlunun deputatlığa namizədliyi ləğv edilib
# 05 fevral 2020 16:31 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

APA-nın məlumatına görə, MSK-nın qərarına əsasən, DSK məsələyə yenidən baxacaq. Bu qərar R. Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.

Qeyd edək ki, R. Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

MSK 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayətə də baxacaq.

Xatırladaq ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklif etməsi əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR