Azərbaycanda vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs axtarışa verilib

Azərbaycanda vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs axtarışa verilib
# 10 iyun 2020 16:59 (UTC +04:00)

Azərbaycan hüquq-mühafizə orqanları vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini Abasov Asif Raqif oğlu Cinayət Məcəlləsinin 215.2.1-ci (Girov götürmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 215.2.3-cü (Girov götürmə - həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 215.2.4-cü (Girov götürmə - odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 215.2.7-ci (Girov götürmə - iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (Girov götürmə - tamah niyyəti ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR