TANAP-la Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 mlrd. kubmetrə çatdırılacaq

TANAP-la Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 mlrd. kubmetrə çatdırılacaq
# 11 iyun 2020 13:29 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 mlrd. kubmetrə çatdırılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bundan sonrakı mərhələdə TANAP vasitəsi ilə Azərbaycandan Türkiyəyə illik qaz nəqli 6 mlrd. kubmetr səviyyəsində saxlanılacaq: "Ticari əməliyyatımızın ikinci ilinin tamam olacağı 30 iyun 2020-ci il tarixində Azərbaycandan Türkiyəyə TANAP ilə nəql etdiyimiz qazın ümumi həcmi 6 milyard kubmetrə çatacaq. Bundan sonrakı dönəmdə TANAP vasitəsi ilə Azərbaycandan Türkiyəyə nəql edilən təbii qazın həcmi illik 6 milyard kubmetr bazasında nəql ediləcək".

S. Düzyol qeyd edib ki, TANAP layihəsi Türkiyə və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın önəmli nümunələrindədir. Layihə Avropa İttifaqı və qlobal enerji geosiyasəti baxımından strateji dəyərə sahib yeni bir qaz dəyər zəncirinin ən önəmli halqasını təşkil edir.

S. Düzyol TANAP layihəsinin daşıdığı təbii qazın miqdarı ilə Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü, Avropa İttifaqının yeni qaz tədarükçüsü mövqeyinə gətirdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR