İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10

İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10
# 29 may 2019 10:03 (UTC +04:00)

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən ucuz ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya Argentinanın paytaxtı Buenos-Ayres şəhəri başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək 15,3 ABŞ dollarına başa gəlir. Şəhərin ən inkişaf etmiş ictimai nəqliyyat növü kolektivodur – 135 marşrutdan ibarət şəhər avtobusu. Kolektivo nəinki şəhərin müxtəlif yerlərinə, həmçinin Buenos-Ayresin qonşu əyalətinə də getməyə imkan verir.

Bundan başqa, şəhər metrosu da aktiv şəkildə inkişaf etdirilir. Hazırda Buenos-Ayresdə 6 metro xətti istifadəyə verilib ki, onlardan ən uzunu 11,8 km-ə bərabərdir.

İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi:

#

Şəhər

Ölkə

Aylıq gediş haqqı, ABŞ dolları

1

Buenos-Ayres

Argentina

15,3

2

Mumbay

Hindistan

16,8

3

Mexiko

Meksika

19,9

4

Nyu-Dehli

Hindistan

23,1

5

Praqa

Çexiya

23,4

6

Ər-Riyad

Səudiyyə Ərəbistanı

24

7

Banqalor

Hindistan

24,2

8

Manila

Filippin

24,9

9

Kuala-Lumpur

Malayziya

26,1

10

Cakarta

İndoneziya

28,7

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR