Karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb

Karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb
# 20 may 2020 11:40 (UTC +04:00)

“Xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayından mayın 15-dək DMX-nın müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron xidmətlərdən 6691 nəfər yararlanıb.

“Bu isə ötən ilin rəqəmləri ilə müqayisədə 24 dəfə çoxdur. Məlumatlandırma işlərində səfirliklərə də məlumatlar göndərilirdi. Elektron xidmətlərdən istifadə çətinliyi ilə bağlı müəyyən inzibati məsuliyyətə cəlb olunması məsələsi idi. Bu məsələlərə həssas yanaşmışıq. Əgər şəxsin hər hansı müraciəti olubsa, Çağrı mərkəzi və ya elektron formada bütün bu məsələlər araşdırıldıqdan sonra həmin əcnəbilərin xeyrinə qərarlar qəbul edilir”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR