Tovuzda yaşayış evində yanğın olub - FOTO

Tovuzda yaşayış evində yanğın olub - FOTO
# 05 iyul 2019 23:06 (UTC +04:00)

Tovuzda ev yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Eldəniz Sultanova məxsus yarımtikili evdə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğının baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR