Bakıda evdən qızıl oğurlayan ər-arvad tutulub

Bakıda evdən qızıl oğurlayan ər-arvad tutulub
# 06 iyul 2019 12:06 (UTC +04:00)

Bakıda evdən oğuluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov və arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıblar.

Onların iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR