Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var

Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var
# 03 aprel 2020 17:46 (UTC +04:00)

Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. "Chevrolet" markalı minik avtomobili 2 saylı şəhərarası marşrut üzrə hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə zamanı mikroavtobusun sürücüsü, 1976-cı il təvəllüdlü Əhmədov Əli Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Minik avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR