Səkkiz klub A seriyasının davam etdirilməsini istəmir

Səkkiz klub A seriyasının davam etdirilməsini istəmir
# 21 aprel 2020 00:02 (UTC +04:00)

İtaliya A seriyasının 8 klubu koronavirus pandemiyası üzündən dayandırılan çempionatın bərpa olunmasına qarşı çıxıb.

Apasport.az saytının məlumatına görə, onlardan yeddisinin adı bəllidir.

Bunlar “Torino”, “Sampdoriya”, “Fiorentina”, “Parma”, “Breşiya”, “Spal” və “Bolonya” klublarıdır. Bu komandalar koronavirusa yoluxmaq riskinə görə çempionatın davam etdirilməsini istəmir.

A seriyasının rəhbərliyi aprelin 21-də klub nümayəndələri ilə videokonfransda yarışın bərpa perspektivini müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR