Nazirlik: Pandemiya dövründə Avropanın ərzaq təhlükəsizliyi daha böyük sual altındadır, nəinki Azərbaycanın

Nazirlik: Pandemiya dövründə Avropanın ərzaq təhlükəsizliyi daha böyük sual altındadır, nəinki Azərbaycanın
# 30 aprel 2020 17:21 (UTC +04:00)

Pandemiya dövründə ərzaq təhlükəsizliyi Avropada daha böyük sual altındadır nəinki Azərbaycanda.

APA-Economics”in məlumatına görə, bunu “Pandemiya zamanı və sonrakı dövrdə ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən online görüşü zamanı Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, sadə bir alqoritmlə hesablama bunu deməyə imkan verir ki, burada əsas məqam daxili işçi qüvvəsinin yetərincə olmamasıdır.

“Avropa ölkələrində zəmilərdə, tarlalarda işləyən yerli əhali deyil. Onlar ucuz işçi qüvvələridir, miqrantlardır. Onları tarlalarda, zəmilərdə saatı 2 avroya ya günü 20 avroya işləməyə dəvət edirlər. Pandemiya dövründə, sərhədlərin bağlanmasını, karantin elan edilməsini nəzərə alaraq, bu işçi qüvvəsinin miqrasiyası böyük sual altında düşür. Karantinin bitənədək isə bu sahədə görüləcək işlərdə ləngimələr olacaq. Bizdə isə belə problem yoxdur. Həm əhali, həm işçilər yerli əhalidir. Avtomatik olaraq miqrasiya olmadığı üçün bizim məhsulumuz da bol olacaq”, - deyə T. Qafarbəyli qeyd edib.

O həmçinin əlavə edib ki, qısa bir müddət ərzində belə bir şəraitdə yerli məhsulun Avropaya ixracı mümkün ola bilərdi. Lakin zəruri olan müvafiq sertifikatın olmaması buna imkan vermir.

“Söhbət GAP sertifikatının mövcudluğundan gedir. Bu sertifikat unikal sertifikatdır. O həm torpağa, həm məhsulun suvarmasına, yığımına, qablaşdırılmasına və logistikasına verilən bir sertifikatdır. Hazırda belə bir sertifikat ölkədə fəaliyyət göstərən böyük bir Aqroparka pomidor məhsulun ixracı üçün verilib. Bu Aqropark məhsullarını Avropa bazarına ixrac etməyə hədəflənib. Avropa bazarı inkişaf etmiş bir bazardır, amma pandemiyadan sonra hesab edirəm ki, biz bu bazarlara qısa müddətli olsa belə, inkişaf etməkdə olan bazar kimi baxa bilərik. Bu bizim ixrac potensialımız üçün çox vacib məqamdır”, - deyə T. Qafarbəyli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR