ARDNŞ ötən ay 18 038 metr qazma işi həyata keçirib

ARDNŞ ötən ay 18 038 metr qazma işi həyata keçirib
# 05 avqust 2008 23:12 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov - APA-Economics. Cari ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 18 038 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Bu sahədə görülmüş işlərin 17 393 metri istismara, 645 metri isə kəşfiyyata aid olub.
Ümumilikdə, 2008-ci ilin əvvəlindən avqustun 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 122 785 metr qazma işi görülüb ki, bunun da 119 800 metri istismara, 2 985 metri isə kəşfiyyata aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR