BTC vasitəsilə ilə neftin nəqli kəmərdə təmir işləri başa çatandan sonra bərpa olunacaq

BTC vasitəsilə ilə neftin nəqli kəmərdə təmir işləri başa çatandan sonra bərpa olunacaq
# 11 avqust 2008 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə neftin nəqli kəmərdə təmir işləri başa çatdırılandan sonra bərpa olunacaq. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib. «Türkiyənin «Botaş İnternational Limited» şirkətindən «BP-Azerbaijan»a bildirilib ki, bu gün səhər saatlarında yanğının qarşısı alınıb. Hazırda bir neçə gün yanan poladdan olan boru kəmərinin 30-cu siyirtmə qurğusunun soyudulması həyata keçirilir. Bundan sonra isə yanğının səbəbləri öyrəniləcək və təmir işlərinə başlanılacaq. Təmir işləri başa çatdıqdan sonra neftin nəqli bərpa olunacaq.

Qeyd edək ki, avqustun 6-da səhər saatlarında BTC-nin Türkiyə hissəsində boru kəmərinin 30-cu siyirtmə qurğusunda yanğın baş verib. Baş verən yanğın nəticəsində kəmər vasitəsilə neftin nəqli dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR