Rumıniyanın Gürcüstandakı sabiq səfiri: “Rusiya Azərbaycan-Gürcüstan-Rumıniya tranzit enerji dəhlizinin fəaliyyətinə maneçilik törətməməlidir”

Rumıniyanın Gürcüstandakı sabiq səfiri: “Rusiya Azərbaycan-Gürcüstan-Rumıniya tranzit enerji dəhlizinin fəaliyyətinə maneçilik törətməməlidir”
# 13 avqust 2008 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya Azərbaycan-Gürcüstan-Rumıniya tranzit enerji dəhlizinin fəaliyyətinə maneçilik törətməməlidir. «APA-Economics»in məlumatına görə, bunu Qara Dəniz Universiteti Fondunun icraçı direktoru (Rumıniya), Rumıniyanın Gürcüstandakı sabiq səfiri Konstantin Qirbea bildirib.

«Ümumiyyətlə, Rusiyanın fəaliyyəti Bakı-Tiflis-Ceyhan əsas neft boru kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri, habelə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizlərinin əleyhinə yönəlməməlidir. Çünki bu dəhlizlərin hamısı Avropa üçün çox əhəmiyyətlidir», - deyə K. Qirbea bildirib.

K. Qirbea Rumıniya və Avropa İttifaqının Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasını dəstəklədiyini vurğulayıb: “Avropanın enerji ehtiyatları ilə təchizatı Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasından asılıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR