Yanvar-iyul aylarında Ceyhan limanından 213 tankerlə 22 mln. ton «Azeri Light» markalı neft yola salınıb

Yanvar-iyul aylarında Ceyhan limanından 213 tankerlə 22 mln. ton «Azeri Light» markalı neft yola salınıb
# 18 avqust 2008 15:26 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Türkiyənin Ceyhan limanından 22,012 mln. ton həcmində Azərbaycanın «Azeri Light» markalı nefti ilə yüklənmiş 213 tanker yola salınıb.
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verildiyi vaxtdan (2006-cı ilin iyul ayı) 2008-ci ilin avqust ayının 1-dək Ceyhan limanından 576 tankerlə 61,420 mln. ton neft yola salınıb.
Qeyd edək ki, 2006-cı ildə Bakı-Ceyhan kəməri ilə 7,966 mln. ton, 2007-ci ildə isə 28,288 mln. ton neft ixrac olunub.
Xatırladaq ki, illik buraxılış gücü 50 mln. ton və ümumi uzunluğu 1 768 km olan Bakı-Tiflis-Ceyhan kəmərinin 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i isə Türkiyənin ərazisinə düşür. Layihənin iştirakçıları rolunda BP (30,1%), ARDNŞ (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), «Total» (5%), ENI (5%), «Itochu» (3,4%), «ConocoPhillips» (2,5%), «Inpex» (2,5%) və «Amerada Hess» (2,36%) şirkətləri çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR